Almaniya öz qapılarını immiqrasiya üçün açır

Almaniya ən aşağı işsizlik səviyyəsi olan üç Avropa ölkələrindən biridir. Hal-hazırda Almaniyada təqribən 45,4 milyon işçi qeydiyyata alınıb. Buna baxmayaraq, bəzi regionlarda və sahələrdə mütəxəssis çatışmamazlığı mövcuddur. Xüsusilə riyaziyyat, informatika, təbiət elmləri və texnologiyaları (SYTN) sahələrindəki vakansiyalar və səhiyyə sektorundakı kimi iş yerləri boş qalır.

Almaniyanın iş axtaranlar və biznes təsisçiləri üçün cazibədarlığı

Almaniya bütün millətlərdən olan işçilər, tələbələr və işgüzar insanların arasında çox populyardır. Almaniya nəinki əmək miqrasiyası üçün əlverişli bir ölkə, hətta ümumi immiqrasiya ölkəsidir. Bunun müxtəlif səbəbləri var. Almaniyanın Avropanın və Aİ-nin mərkəzində yerləşməsi və ölkənin doqquz Avropa ölkəsi ilə həmsərhəd olması bu səbəblərdəndir. Almaniya artıq bir neçə əsrlər boyunca Avropanın mədəni, işgüzar və ictimai-siyasi həyatında mühüm rol oynayır və təbii ki, alman dili qonşu ölkələrdə geniş dərəcədə yayılmışdır. Alman dili Belçika, Lüksemburq, Avstriya və İsveçrənin rəsmi dili, Polşa, Danimarka və Fransada isə regional səviyyədə geniş istifadə edilən dildir.

Başda Almaniyanın paytaxtı Berlin olmaqla Hamburq, Münhen, Köln milyonçu şəhərlərdəndir. Almaniya əhalisinin həyat keyfiyyəti və sosial müdafiəsi dünyada ən yüksək yerlərdən birini tutur. Yuxarıda qeyd edilənlərin fonunda əcnəbilər üçün Almaniyanın nə qədər cazibədar olduğunu təsəvvür edə bilərsiz.

Almanıyanın iqtisadi gücü

Almaniya bir çox cəhətlərdən cazibədardır. Almaniya Federativ Respublikası Avropanın iqtisadi cəhətdən ən yüksək inkişaf etmiş ölkəsidir və dünyada dördüncü yeri tutur. Eyni zamanda, Almaniya Çin və ABŞ-dan sonra üçüncü böyük ixracatçı ölkədir. Müxtəlif landşaftlar, alman şəhərlərinin təkrarolunmaz cazibəsi və zəngin mədəni irsi ümumi möhtəşəm mənzərəni tamamlayır. Almaniya bir tərəfdən nə qədər güclü olsa da, digər tərəfdən asılı vəziyyətdədir. Məsələn: bu ölkə xammaldan yoxsuldur və neftə olan tələbatının 97 faizə qədərini xaricdən idxal edir. Ümumiyyətlə, dövlət elmin və tədqiqat fəaliyyətinin bəhrələrindən iqtisadi fayda götürür. Almaniya sakinlərinin intellektual qabiliyyətləri bütün dünyada yüksək statusa və qədim ənənəyə malikdir. Lakin bu gün Almaniya iqtisadiyyatının bir sıra sahələrində mütəxəssis çatışmamazlığı müşahidə olunur. Xüsusilə bu sənaye, informasiya texnologiyaları, təbabət, elm və təhsil sahələrinə aiddir. Hökumətin düşünülmüş hüquqi islahatları həm Almaniya vətəndaşlarının, həm Almaniyada yaşayan xaricilərin, həm də digər ölkələrdən Almaniyaya gəlmək istəyən miqrantları iş yerləri ilə tam şəkildə təmin edilməsinə imkan verir.

Biznes-immiqrasiya və əmək miqrasiyası

Federal hökumət növbəti bir neçə il ərzində əmək miqrasiyasının artırılması kursunu müəyyənləşdirdi. Öz fəaliyyət məqsədlərindən asılı olaraq, xaricilərin Almaniyada öz peşəkar fəaliyyətlərini müxtəlif yollarla davam etdirmək imkanları var. Belə ki, siz öz biznesinizi aça və ya ixtisaslı işçi kimi çalışa bilərsiniz.

Aİ / AİB-ə daxil olmayan ölkələrdən olan vətəndaşlar üçün əmək miqrasiyası

Almaniya Federativ Respublikası daxili əmək bazarında vakansiyaları doldurmaq üçün xaricdən ixtisaslı işçilərin əmək miqrasiyasını təşviq edir. 2005-ci ildən bəri xarici əmək miqrantların qəbulu üçün hüquqi maneələr durmadan azaldılır. İƏİT-in qiymətləndirməsinə əsasən, Almaniya hal-hazırda əmək miqrasiyası sahəsində yüksək ixtisaslı işçilərin ən az məhdudiyyətlərlə üzləşdikləri ölkələrdən biridir.

Xaricilərin Almaniyaya işçi kimi gəlmələri

EinwanderungÜçüncü ölkələrdən olan şəxslər üçün Alman qanunvericiliyi Almaniyaya əmək miqrasiyasının hüquqi tənzimlənməsini nəzərdə tutur. Artıq bir çox sahələrdə və regionlarda daxili əmək bazarını təmin edə bilməyən işçilərə yüksək tələbatı nəzərə alaraq işçi ilə potensial işəgötürən arasında tərəfdaşlıq münasibətlərinə kömək etmək üçün imkanlar yaradılır. Bu sahədə də təbii ki, Alman əmək bazarında öz yerini tapmaq istəyən vətəndaşlara hüquqi aspektlərə dair məsləhətlər veririk.

İşəgötürən tərəfindən vəziyyətə baxış

Almaniya ixtisaslı və yaxşı təlim keçmiş mütəxəssislər axtarır. İşəgötürənlərin əksəriyyəti təcrübəli və ixtisaslı işçiləri şirkətinin kadr resurslarına cəlb etmək istəyirlər. Xarici işçinin oturum alması və oturumun müddətinin uzadılması ilə bağlı problemlər yarandıqda işəgötürən işçinin işdən kənarlaşdırılmasının qarşısını almaq üçün müxtəlif imkanlardan istifadə edə bilər. Mürəkkəb hüquqi vəziyyət yarandıqda, hüquqi məsləhətləşmə tövsiyə olunur.

Aİ / AİB-ə daxil olmayan ölkələrdən olan vətəndaşlar üçün Almaniyada biznesin açılması

AFR-də azad sahibkarlığa demək olar ki, heç bir maneə törədilmir. Ticarət haqqında normativ aktın 1-ci maddəsinə əsasən, biznesin qeydiyyatı hər kəsə icazə verilir. Aİ / AİB-ə daxil olmayan ölkələrin vətəndaşları üçün bürokratik tələblər bir qədər yüksəkdir. Sahibkarlıq fəaliyyətinin növündən və perspektivlərindən asılı olaraq, Almaniyada qalmaq hüququ üçün icazənin rəsmiləşdirilməsi tələb oluna bilər.

Öz biznesini qeydiyyatdan keçirərkən, təsisçi müxtəlif hüquqi formalardan, məsələn aşağıdakılardan birini seçə bilər:

– özəl müəssisə;

– cəmiyyət, ortaqlıq;

– hüquqi şəxs (məsələn MMC).

Hüquqi formanın seçilməsi hansı vergilərin və nə qədər ödənilməsinə təsir edir. Vergilərə, xüsusilə, gəlir vergisi, ticarət vergisi, əlavə dəyər vergisi və ya hüquqi şəxslər üçün gəlir vergisi daxildir. Müəssisənin qeydiyyatı zamanı toplanacaq rüsumlar və vergilərin xarakteri hüquqi formadan asılıdır. Bu məsələlər barədə sizə məsləhət verməkdən məmnun olarıq.

Almaniyada təhsil almaq

Biznes və əmək miqrasiyası ilə yanaşı, Almaniyada təhsil bütün dünyada gənclər arasında populyardır. Bunun bir çox səbəbləri var. Ayrı-ayrı Alman universitetlərinin layiqli nüfuzuna görə, bu təhsil müəssisələrinin məzunları daxili və xarici əmək bazarları üçün çox önəmli kadrlardır. Almaniyada təhsil almağın şərtləri çox cəlbedicidir:

– dövlət universitetlərində universitet rüsumlarından başqa təhsil haqqı yoxdur. Yaşayış minimumunun təmin edilməsi tələbələr üçün mümkün həddədir.

– Universitetdə təhsil almaq əlbəttə ki, xarici tələbələr üçün Almaniyada qalmağın əsas məqsədidir. Bununla belə, tələbələrə aşağıdakı hüdudlarda işləməyə icazə verilir:

maksimum 120 tam iş günü və ya tələbə məşğulluğuna imkan verən əmək sahəsində təqvim ili ərzində natamam iş məşğulluğu 240 gün. Əmin olun ki, təhsil başa çatdıqdan sonra tələbələr Almaniyada və ya onun sərhədlərindən kənarda uğurla işə düzəlir və ya öz biznes ideyalarını həyata keçirməkdə çətinlik çəkmirlər.

Yeni qanunvericilik xəbərləri

AFR-də “Duldung” statusu olan şəxslərin[1] təhsilinin və əmək məşğulluğunun icazəsi haqqında qanun 1 Yanvar 2020-ci ildə qüvvəyə minib. İxtisaslı əcnəbi işçilər haqqında qanun 1 Mart 2020-ci il tarixindən etibarən qüvvəyə minir. Hər iki qanun Bundesrat tərəfindən 28 iyun 2019-cu il tarixində qəbul edilmiş kompleks miqrasiya paketinin bir hissəsidir.

Xarici ixtisaslı işçilərin imiqrasiyası haqqında qanun tələb olunan yüksək ixtisaslı mütəxəssislərin Almaniyaya giriş icazəsi əldə etməyini asanlaşdırmaq üçün nəzərdə tutulmuş, “Duldung” statusu ilə şəxslərin təhsil və məşğulluq icazəsi haqqında qanun isə hüquqi və ya faktiki səbəblərdən ölkədən çıxarıla bilməyən xaricilərə Almaniyada sonrakı iş ilə təhsil və ixtisas almaq və ya yeni statusu ilə öz əmək fəaliyyətini davam etdirmək imkan verir.

Biz tezliklə sizə yeni hüquqi vəziyyət haqqında ətraflı məlumat verəcəyik.

 

[1] “Duldung” statusu olan şəxslər ölkəni tərk etməli olan, amma hüquqi və ya faktiki səbəblərdən ölkədən çıxarıla bilməyən şəxslərdir.