Almaniyaya səyahət, ailə birləşməsi, təhsil və ya iş vizası üçün verilmiş müraciətinizə rədd cavabı verilibsə Siz nə edə bilərsiniz?
Bir sıra ölkələrin vətəndaşlarının, eləcə də Azərbaycan Respublikası vətəndaşlarının Almaniya Federativ Respublikasına (AFR) və ya Şengen razılaşmasının tərəfdaşı olan digər Avropa ölkələrinə səyahət etmələri üçün əsasən viza tələb olunur. Diplomatik pasport sahiblərinin Şengen ərazisinə qısamüddətli səfərlər etməsi üçün vizaya ehtiyac yoxdur.
Viza verilməsi prosesi əsas hallarda problemsiz olsa da, bəzi hallarda vətəndaşlar ərizələrinə mənfi cavab alırlar. Viza üçün müraciət rədd edilirsə, bu zaman imtinaya qarşı insanlarda qanuni müdafiə yolları ilə bağlı suallar yaranır.
Viza üçün müraciətin ümumi qaydları
Viza verilməsinə AFR “Almaniyada Yaşamaq Haqqında Qanun“un 71-ci maddəsinin 2-ci bəndinə əsasən, Almaniya nümayəndəlikləri cavabdehdirlər:
“Almaniyadan kənarda pasport və viza məsələlərinə Xarici İşlər Nazirliyinin səlahiyyət verdiyi diplomatik nümayəndəlikləri cavabdehdirlər.”
Ərizəçi ərizəsini vizanın məqsədindən asılı olaraq müəyyən olunmuş müvafiq sənədlərlə birlikdə səfirlik və ya konsulluğa təqdim etməlidir. Bütün sənədlər tam şəkildə təqdim edildikdən sonra diplomatik nümayəndəlik Şengen vizasının verilməsi şərtlərinin yerinə yetirilməsi haqqında qərar verir. Milli vizanın veriməsi məsələsində isə sənədlər AFR-in müvafiq səlahiyyətli idarələrinə müvafiq suallarla bağlı rəylərin verilməsi üçün təqdim olunur. Həmin orqanlar tərəfindən müsbət rəy verilirsə Almaniya nümayəndəliyi də vizanın verilməsi üzrə müsbət qərar çıxarır. Amma AFR nümayəndəliyinin öz səlahiyyətləri daxilində müstəqil qərar vermək imkanı qanunla nəzərdə tutulmuşdur. Vətəndaş viza aldıqdan sonra AFR və ya digər Şengen ölkələrinə sərbəst səyahət edə bilər.
Əks halda ərizə rədd olunur. Qərarın qərəzli və qanunun tələblərinə uyğun olmaması mümkün hallardandır. Praktikada Almaniya nümayəndəliklərinin səhv etməsi və bu səbəbdən ərizəni rədd etməsi nadir hallardan deyil. Buna görə, viza verilməsi ilə bağlı çətinliklər olduqda, miqrasiya hüququ sahəsində vəkilə müraciət edilməsi məsləhət görülür.
Viza müraciəti rədd cavablandırılmışsa nə etməli…?
Əgər AFR nümayəndəliyi ərizənizə rədd cavabı veribsə, vizanın niyə verilmədiyini müəyyənləşdirmək lazımdır. Problem ondadır ki, „Almaniyada Yaşamaq Haqqında Qanun“un 77-ci maddəsinin 2-ci bəndinə əsasən vizanın rədd edilməsi haqqında qərar əsaslandırılmalı deyil:
“Ölkəyə daxil olmazdan vizanın məhdudlaşdırılması və ya verilməsinin rəddi ilə bağlı heç bir əsaslandırma və izahatlar verilməli deyil”.
Bu maddə nümayəndəlikləri əsaslandırma vəzifəsindən azad edir ki, buna görə də nümayəndəliklər ərizələrə rədd cavabı verdikdə ya ümumi olaraq bu maddəyə istinad edərək əsaslandırma verməkdən boyun qaçırırlar ya da ki, ümumi məfhumlarla qısa əsaslandırma verirlər.
Vətəndaşlar AFR nümayəndəliklərinin qərarından müdafiə olunmaq istəyirsə, qərar ərizəçiyə çatdırıldıqdan sonra 1 (bir) ay müddətində Berlində yerləşən Berlin İnzibati Məhkəməsinə müraciət edə bilər (almanca „Klageverfahren“).
Bundan başqa ərizəçiyə ilkin olaraq yazılı şəkildə qərara etiraz vermək imkanı verilir. Nümayəndəlik şikayət əsasında viza müraciətini yenidən nəzərdən keçirir və bu dəfə əsaslandırma ilə təmin edilmiş yeni qərar çıxarır (almanca „Remonstrationsverfahren“). Bundan da yuxarıdakı qaydada Berlin İnzibati Məhkəməsinə müraciət oluna bilər. Amma ilkin qərarda əsaslandırma olmadıqda və ya çox ümumi əsaslandırma olduqda imtina səbəbləri ərizəçiyə məlum olmur. Buna görə də ilkin protestdən əvvəl nümayəndəliklə əlaqə saxlayıb imtinanın səbəbi barədə ətraflı məlumat alınması problemin lokallaşdırılmasını asanlaşdıra bilər.
Məsələnin mürəkkəbliyini nəzərə alaraq protest və eləcə də məhkəmə prosesinin miqrasiya hüququ sahəsində ixtisaslaşmış vəkil tərəfindən aparılması əhəmiyyət kəsb edir. Buna görə hər iki prosesdə vəkil dəstəyi məsləhət görülür.
Berlinin mərkəzində yerləşən „Məmmədli Vəkil Kontoru“ viza və immiqrasiya məsələləri ilə bağlı bütün məsələlərdə Sizə kömək edə bilər.
Bizimlə əlaqə telefon və ya elektron poçtla mümkündür.
Məmmədli Vəkil Kontoru, Vəkil Həbib Məmmədli
Mittenwalder Str. 44, 10961 Berlin
Telefon: 030 64077197 (WhatsApp: +49 17624852839)
Faks: 030 68833665
Web: https://ra-mammadli.de
Email: [email protected]