Mon - Fre 09:00 to 17:00 [email protected] 030 64077197
Kontaktieren Sie uns, wir sind da, um Ihnen zu helfen!
Menu
  • Ana səhifə
  • Haqqımda
  • Hüquq sahələri
    • Qalma hüququ
    • Vətəndaşlıq hüququ
    • Sığınacaq hüququ
    • Vergi hüququ
  • Informasiya
    • Vəkil xərcləri
    • Yüklə
    • Əməkdaşlıq
  • Xəbərlər
  • Bizimlə Əlaqə
  • Mühasibat xidməti
  • Deutsch
  • Türkçe
  • Русский

Şirkətlərin qeydiyyatı

Əgər Almaniyada şirkət yaradıb sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirsinizsə, məmnuniyyətlə biz sizə hüquqi məsləhət, eləcə də bütün proses boyu hüquqi dəstək verə bilərik. Bundan başqa biz şirkətin yaradılması ilə bağlı bütün formallıqları öz üzərimizə götürürük ki, siz bütün diqqətinizi və gücünüzü sahibkarlıq fəaliyyətinə yönəldə biləsiniz.

Şirkət yaradılmasında aşağıdakı hüquqi formalardan biri seçilə bilər:

  • QmbH, hüquqi forması Azərbaycan Mülki məcəlləsində nəzərdə tutulmuş Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) uyğun gəlir. MMC-dən fərqli olaraq QmbH-da minimal nizamnamə kapitalı 25.000,00 € qanunla nəzərdə tutulmuşdur. Şirkətin ticarət reyesterində qeydiyyatı üçün müəyyən olunmuş minimal nizamnamə kapitalının yarısının, yəni 12.500,00 € ödənilməsi yetərlidir | Gesellschaft mit beschränkter Haftung (GmbH)
  • UQ, kiçik və ya mini-QmbH da adlandırılır (minimal nizamnamə kapitalı 1,00 € nəzərdə tutulmuşdur) | Unternehmergesellschaft (UG)
  • Adi və ya kiçik ortaqlıq (Azərbaycan Mülki məcəlləsində nəzərdə tutulmamışdır) | Gesellschaft bürgerlichen Rechts / GbR / BGB-Gesellschaft
  • Tam ortaqlıq | Offene Handelsgesellschaft (OHG)
  • Kommandit ortaqlığı | Kommanditgesellschaft (KG)
  • QmbH & Ko. KQ, Kommandit ortaqlığının bir növüdür və özəlliyi budur ki, ortaqlığın adından sahibkarlıq fəaliyyətini həyata keçirən və ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan iştirakçısı, yəni tam ortağı bir QmbH yəni MMC-dir | Gesellschaft mit beschränkter Haftung & Co. Kommanditgesellschaft (GmbH & Co. KG)
  • Səhmdar Cəmiyyəti | Aktiengesellschaft (AG)

Almaniyada şirkətlərin yaradılması və qeydiyyatı ilə bağlı xidmətlərimiz aşağıdakılardır:

  • Şirkətlərin yaradılması və qeydiyyatı ilə əlaqədar yaranan suallarla bağlı hüquqi məsləhətin verilməsi və ən əsası hüquqi formanın seçilməsi
  • Şirkətin adının yoxlanılması ilə bağlı Sənaye və Ticarət Palatasına sorğunun verilməsi
  • Şirkətin hüquqi adresinin təşkili
  • Nizamnamənin və reyestr qeydiyyatı üçün lazım olan sənədlərin hazırlanması
  • Şirkətin yaradılması ilə bağlı notarius, bank və eləcə də Sənaye və Ticarət Palatası arasında tam koordinasiyanın təşkili
  • Şirkətin direktoru ilə əmək müqaviləsinin hazırlanması
  • İşçilərlə əmək müqaviləsinin hazırlaması
  • Sahibkarlıq fəaliyyətinin Ticarət idarəsində qeydiyyatı
  • Sahibkarlıq fəaliyyətinin Maliyyə idarəsində qeydiyyatı və vergi nömrəsinin alınması,
  • Şirkətin İlkin balansının hazırlanması və maliyyə idarəsinə elektron formada göndərilməsi
  • Şirkətin məşğulluq idarəsində qeydiyyatı və fərdi qeydiyyat nümrəsinin alınması
  • Yekun hüquqi məsləhət; Biz sizi şirkətlərin yaradılması başa çatana qədər dəstəkləyəcəyik!

Biz şirkətlərin yaradılması və qeydiyyatı proseslərini maksimal surətdə asanlaşdırmaq üçün notarius idarələri ilə birbaşa əməkdaşlıq edirik.

Hüquqi məsləhət və dəstək sabit və münasib qiymətlərlə təklif olunur. Bu qiymətlər öncədən sizinlə danışılıb razılaşdırılacaqdır.

Biz yuxarıda qeyd olunan xidmətlərlə yanaşı şırkətin direktoru və işçilərinə eləcə də onların ailə üzvlərinə Almaniyada yaşamaq üçün icazənin alınması ilə bağlı da xidmətlər təklif edirik.




Kanzlei Mammadli, Rechtsanwalt Habib Mammadli Rechtsanwalt für Ausländerrecht, Migrationsrecht, Steuerrecht, Steuerberatung, Anonym hat 5,00 von 5 Sternen 68 Bewertungen auf ProvenExpert.com

Səhifələr

  • Xəbərlər
  • Qalma hüququ
  • Ümumi Mülki Huquq
  • Şirkətlərin qeydiyyatı
  • Vergi hüququ
  • Vətəndaşlıq hüququ
  • Mühasibat xidməti
  • Vəkil xərcləri
  • Əməkdaşlıq
  • Yüklə
  • Bizimlə Əlaqə
Erfahrungen & Bewertungen zu Habib Mammadli
Bürozeiten

Damit Sie keine längeren Wartezeiten in Kauf nehmen müssen, wird in Ihrem Interesse um eine vorherige Vereinbarung eines Beratungstermins unter der Rufnummer 030 - 64077197 gebeten. Gerne können Sie auch die Terminanfragefunktion auf dieser Internetseite unter der Rubrik "Kontakt" nutzen.

Öffentliche Verkehrsmittel / Parkplätze: Die Kanzlei liegt in der Mittenwalder Str. 44, 10961 Berlin-Kreuzberg (Vorderhaus Hochparterre, links). Sie ist mit der U-Bahnlinie 7 innerhalb weniger Minuten zu Fuß erreichbar.

MITGLIEDSCHAFTEN
Kanzlei Mammadli - Habib Mammadli Rechtsanwalt

Mittenwalder Str. 44 (Vorderhaus Hochparterre, links), 10961 Berlin-Kreuzberg

030 64077197

info(at)ra-mammadli.de

030 68833665

Mon - Fre : 09:00 - 17:00

© 2022 Kanzlei Mammadli, Rechtsanwalt Habib Mammadli. Alle Rechte vorbehalten. | Impressum | Datenschutzerklaerung
Design by MW Studio

Javascript not detected. Javascript required for this site to function. Please enable it in your browser settings and refresh this page.