Vəkil Həbib B. Məmmədli
Xoş gəlmisiniz!
Hər fərdi problemə yanaşma tərzi fərqlidir. Heç bir kazus və ya məsələ digəri kimi deyil. Ona görə mənim ücün hüquqi məsləhətdə şəxsi söhbət və bunun ardınca da məsələnin individual aspektləri ilə məşğul olmaq xüsusi əhəmiyyət kəsb edir.
Hal-hazırda əsasən miqrasiya və vergi hüququ ilə məşğul oluram. Bundan başqa Sizə hüquqi şəxs yaratmaqda, eləcə də bununla bağlı bütün digər məsələlərdə – təsis və iştirakçının payı muqaviləsinin hazırlanması və s. – məmnuniyyətlə dəstəkləyə bilərəm. Mənimlə əlaqə saxlayın və probleminizi şərh edin. Probleminiz üçün bir həll yolu tapmağa çalışacağam.
Ofisimizin Berlində olmasına baxmayaraq bütün Bundes torpaqlardan olan müştərilərimizə hüquqi məsləhət verir və onları təmsil edirik. Prinsipcə telefon və ya e-mail ile məlumat verilmir. Huqqi məsləhət ancaq məsələnin bütün halları muəyyən edildikdən sonra mümkündür, əks halda hüquqi məsləhət vermək deyil sadəcə təklif və ya fikir söyləmək mümkündür. Anlayışınız üçün təşəkkür edirəm.